“YAP 25 il uğurla” futbol turniri başa çatıb

“YAP 25 il uğurla”- Yevlaxda 25 illik yubiley münasibəti ilə keçirilən futbol turniri başa çatıb

Bu gün gənclər arasında Futbol turnirinin final mərhələsi keçirilib. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibəti ilə keçirilən Şəhər çempionatında mübarizəyə qoşulan 12 komandanın 3-ü final oyunu baş tutub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev, Gənclər Birliyinin sədri Ariz Mikayılov çıxış edərək Yeni Azərbaycan Partiyasının 25 illik Yubileyi münasibəti ilə keçirilən bu turniri yevlaxlı gənclərin Partiya ətrafında bir dostluq həmrəylik görüşü kimi qiymətləndiriblər.

Tədbirdə qeyd olunub ki, Yeni Azərbaycan Partiyası gənclər tərəfindən sevərək qəbul olunan çox nüfuzlu parlaq gələcəyə malik siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası xalqın fikirlərinin ifadəçisidir. Biz inanırıq ki, cənab Prezidentimizin rəhbərliyi ilə bu Partiya xalqımızı xoşbəxt gələcəyə doğru uğurla aparacaq.

Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərimxanov, Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi Bünyamin Musayev Yeni Azərbaycan Partiyasının 25 illik uğurundan bəhs edərək faktları, hadisələri bir daha diqqət mərkəzinə gətirib.

Onlar Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu kimi yarışların gənclərimizin sağlam böyüməsinə və ölkəmizdə eləcədə şəhərimizdə idmanın inkişafına böyük töhfə olduğunu bildiriblər.

Sonra ilk 3 yeri tutan komandaya YAP Yevlax şəhər təşkilatı tərəfindən kubok, fəxri fərman və pul mükafatı təqdim olunub .

Bütün xəbərlər Facebook səhifəmizdə