Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 10-12° isti, gündüz 13-15° isti, Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 15-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə