Bakıda “Atalar və qızlar” festivalı keçiriləcək

Oktyabrın 14-də Bakıda 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qızlar” festivalı keçiriləcək. Festivalın məqsədi atalar və qızları arasında mənəvi bağları daha da gücləndirmək, onların birgə asudə vaxt keçirilmələrini təmin etməkdir.

Saat 14:00 – 18:00-dək davam edəcək festival zamanı musiqili proqram, müxtəlif şoular, yarışlar, müsabiqələr və viktorinalar keçiriləcək. Festivalda gənc ata və qızları pazl və saçhörmə yarışları, “Səssiz film” və “Xəbəri uşaqdan al” oyunlarında iştirak etmək şansı qazanacaqlar. Festival iştirakçıları, həmçinin kloun və sehirbaz şoularını da izləyəcəklər. Tədbirdə, həmçinin qızlar üçün xüsusi olaraq “Face art” və karikatura çəkilişləri təşkil olunacaq.

Festivalda iştirak etmək istəyənlər www.festival.nayora.az portalına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə