Azərbaycanda Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb

AMEA Zoologiya İnstitutunda nadir və nəsli kəsilməkdə olan növlər süni şəraitdə çoxaldılır. AMEA-dan SİA-ya verilən məlumata görə, tətbiqi Zoologiya Mərkəzində institutun elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda bəzi nadir quşların (adi qırqovul, yaşıl qırqovul, qırmızı kəklik) süni şəraitdə çoxaldılma üsullarının hazırlanması” mövzusunda araşdırmalar aparılır.

Bu il icraçılar tərəfindən Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb, optimal rejim müəyyənləşdirilib və 50-dən artıq bala alınıb.

Müəllif: Nailə Məhərrəmova
loading...