Əhliman Əmiraslanov: “Azərbaycanda qadın sağlamlığına xüsusi önəm verilir”

“Azərbaycanda qadın sağlamlığının qorunması ilk növbədə ölkə Konstitusiyası, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Uşaq hüquqları”, Əhalinin Sağlamlığının qorunması” haqqında və hazırda Milli Məclisə təqdim olunan “Reproduktiv sağlamlıq haqqında” qanunla tənzimlənir”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda çıxış edərkən deyib.

Azərbaycanda qadın sağlamlığının qorunması ilə bağlı Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ildə imzalanan Dövlət Proqramının həyata keçirildiyini deyən Komitə sədri söyləyib ki, Ailə Məclləsinin 17-ci maddəsində də təsbit olunub ki, ailə dövlətin əsas özəyi kimi dövlət tərəfindən qorunur: “Əmək Məcəlləsində bir çox maddələrdə qandınlarla bağlı bir sıra maddələr, xüsusilə də hamilə və azyaşlı uşaqlı analar üçün güzəştlər nəzərdə tutulub. Bundan başqa “Əhalinin sağlamlığının qorunması” haqqında qanunda hər bir qadının hamilə və ondan sonrakı dövrdə pulsuz tibbi yardımla təmin olunması öz əksini tapıb. Hamiləliyin pozulması qeysəriyyə əməliyyatları ilə bağlı da maddələr bu qanunda yer alıb. Bir sözlə ölkəmizdə qadınların qorunması istiqamətinə xüsusi önəm verilir və bu sahə ilə bağlı mühüm addımlar atılır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə