Qulam İshaqzai: "Azərbaycanda bütün növ bərabərlik təmin edilir"

"Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verilib". SİA-nın xəbərinə görə, bunu BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai Milli Məclisdə Avronest PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iştirakı ilə keçirilən "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda milli qanunvericilikdə bütün növ bərabərlik təmin edilir: “Azərbaycan həmçinin “Ayrı-seçkilikləri aradan qaldırılması” Konvensiyasına qoşulub. Lakin qadınlara qarşı zorakılığın aradan qaldırılması və digər məsələrlə bağlı daha çox iş görülməlidir. Qadınların təhsilə, səhiyyəyə çıxşı, iqtisadi qərarların qəbulunda geniş iştirak etməlidirlər. Heç kim diqqətdən kənarda qalmamalı, qadınlar təhsilə çıxışda, iqtisadi qərarların verilməsində aktiv iştirak etməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə