Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) növbəti kitab hədiyyə aksiyasını keçirib. SİA-nın xəbərinə görə, MEK öz mübadilə fondundan AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına 69, AMEA Elm Tarixi İnstitutuna 21, Konstitusiya Araşdırmalar Fonduna 214 nüsxə kitab hədiyyə edib.

Kitablar arasında dərsliklər, lüğətlər, bədii əsərlər, konfrans materialları ilə yanaşı, institut və təşkilatların istiqamətlərinə uyğun ədəbiyyatlar üstünlük təşkil edir.

Qeyd edək ki, MEK yeni ənənənin tətbiqinə 2016-cı ilin mayından başlayıb. Bu günədək onlarla müəssisə və təşkilata minlərlə kitab bağışlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə