Baş Prokurorluq “Turan”la bağlı məlumat yaydı

“Turan” informasiya agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. “Turan” informasiya agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə