Kənd Təsərrüfatı Nazirliyi müasir toxum istehsalı kompleksi tikir

Kənd Təsərrüfatı Nazirliyi kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikir. Nazirlikdən SİA-ya verilən məlumata görə, israil təcrübəsinə uyğun müasir kompleks Elmi Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində fəaliyyət göstərəcək. Kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası və xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnotsitka laboratoriyasından ibarət olacaq.

Hazırda kompleksin laboratoriya və inzibati otaqların yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir.

Bundan başqa, bir başa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanıb. İstixanlarla bərabər, 30 ha açıq sahədə müasir damcı ilə suvarma sistemləri quraşdırılacaq.

Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.

Müasir toxum istehsalının təşkili yüksək məhsuldarlıq və qida təhlükəsizliyinin təmini üçün vacib amillərdəndir. Yeni istehsal texnologiyalarının tətbiqi bizə yetişdiriləcək məhsulları Avropa və Mərkəzi Asiyanın bazarlarında “Made in Azerbaijan” brendi kimi satışa çıxarmağa imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə