"Azərbaycanda kiçik yaşlı qız uşaqlarının sayı xeyli aşağıdır"

“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

M.İbrahimova Azərbaycanda qız-oğlan nisbətinin tarazlaşması üçün maarifləndirmənin aparılmasına ehtiyacın olduğunu bildirib: "Hamiləlik zamanı ultrasəs müayinəsi ilə dölün cinsinin müəyyən olunmasının özü ölkədə tibbi maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu göstərir. Bu mənada cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var”.

Bütün xəbərlər Facebook səhifəmizdə