Quba və Mingəçevirdə “ASAN xidmət” mərkəzi açılacaq

Cari ilin sonunda Quba və Mingəçevir şəhərlərində də “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bu barədə məlumat verib.

Ülvi Mehdiyev bildirib ki, bu, “ASAN həyat” kompleksi adlanır, yəni, inzibati binadan əlavə, burada müxtəlif ictimai iaşə, gənclərimiz üçün məşğulluq mərkəzləri də yaradılacaq. Ümumilikdə, bu komplekslərin ilin sonunadək həm Qubada, həm də Mingəçevirdə fəaliyyətə başlaması nəzərdə tutulur.

loading...