Belə qadınlar 5 il həbs cəzası alacaq QANUN LAYİHƏSİ

Türkiyənin Səhiyyə Nazirliyi daşıyıcı analığın qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, evli olmayan şəxslərin daşıyıcı ana vasitəsilə valideyn olma istəkləri ciddi şəkildə cəza ilə əvəzlənəcək.

Nazirlik tərəfindən hazırlanan qanun layihəsinə əsasən, daşıyıcı analar 2 ildən 5 ilə kimi həbs cəzası alacaq.

Qanun layihəsində qeyd edilib ki, evli olan şəxslər təbii yolla uşaq sahibi ola bilmədikləri halda, yalnız nazirlik tərəfindən səlahiyyətləndirilmiş həkimlər tərəfindən daşıyıcı ana vasitəsi ilə ana ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə