"Azərbaycanlılar Həccə ziyarətində heç bir problem yaşamayıb" RƏSMİ

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların gətirən təyyarə Bakı vaxtı ilə saat 16:30-da yerə enəcək. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edilib ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib və zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə