Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Rayonlarda yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə