DİN Rafiq Abbasovla bağlı yayılan xəbərləri təkzib etdi RƏSMİ AÇIQLAMA

Son günlər bəzi mətbu orqanlarında məmurların yerdəyişməsi ilə bağlı əsası olmayan məlumatlar yayılır. Onlardan biri də Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi ilə bağlıdır. SİA məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. Yazılanlara aydınlıq gətirən DİN-in mətbuat xidmətinin rəhbər bildirib ki, bəzi KİV-lərdə polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə yazıların heç bir əsası yoxdur.

E. Zahidovun sözlərinə görə, polis general-mayoru Rafiq Abbasov hazırda DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə