Prezident Gədəbəy limonad zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib. SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısı müəssisə ilə tanış olub.

Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edilib ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə