19 avqust – Beynəlxalq Evsiz Heyvanlar Günüdür

19 avqust - Beynəlxalq Evsiz Heyvanlar Günüdür. Həmin təqvim Beynəlxalq Heyvan Hüquqları Cəmiyyəti (İSAR) tərəfindən onların populyasiyasının tənzimlənməsi problemini cəmiyyətə çatdırmaq üçün 1992-ci ildə təsis edilib. Beynəlxalq Evsiz Heyvanlar Günü hər il avqustun üçüncü şənbə günü qeyd edilir.

Ev heyvanların sayının artması bütün heyvanların mühafizəsi təşkilatları üçün narahatlıq doğurur. Hər il milyonlarla itlər, pişiklər öldürülür. Lakin bu məsələnin həlli deyil. İSAR heyvanların arzuedilməz artımının qarşısının alınması üçün önəmli tədbirlər alınmasını cəmiyyətin diqqətinə çatdırır.

Beynəlxalq Evsiz Heyvanlar Günü hazırda dünyanın 50-dən çox ölkəsində qeyd edilir. Həmin gün bir çox ölkələrdə heyvan müdafiəçiləri müxtəlif tədbirlər keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə