"Səlahiyyətlərimi yeni sədrə belə möhtəşəm konfransda ötürdüyüm üçün şanslıyam"

"Mən Dünya Skaut Komitəsi ilə vidalaşdım. Buna görə çox üzgünəm, lakin bir məqam məni sevindirir, özümü şanslı hesab edirəm. Səlahiyyətlərimi yeni sədrə Bakıda keçirilən belə möhtəşəm bir konfransda ötürdüyüm üçün şanslıyam."

Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Skaut Komitəsinin sabiq sədri Joao Armando Qonsalves deyib.

Joao Armando Qonsalves bildirib ki, Bakı konfransı möhtəşəm keçdi və beş gün ərzində skaut hərəkatı tarixində ən maraqlı məqamlarla yadda qaldı. “Biz dəstəyə görə Azərbaycanın rəhbərliyinə nə qədər təşəkkür etsək azdır. Geniş skaut ailəsi adından dərin minnətdarlığımı bildirirəm”, - deyə Joao Armando Qonsalves əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə