Burada sürət həddi saatda 20 kilometr azaldılıb

Hava limanı istiqamətində sürət həddi saatda 20 kilometr azaldılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, hava limanından şəhər istiqamətində (Buta sarayın qarşısında) ağır yol nəqliyyat hadisəsi baş verib. Hazırda yolda tıxac var. Bu səbəbdən həmin istiqamətdə sürət həddi bütün zolaqlar üzrə saatda 20 kilometr endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə