Avqustun 17-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
DİN-dən SİA-ya verilən məlumata görə, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 303 iddiaçının arasından daha hazırlıqlı olan 266 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladan nazir, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.
Qeyd olunub ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.
General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək polis adını daim uca tutmalarını, bilik və bacarıqlarını, təcrübələrini daim artırmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İstehlaka yararsız qida məhsulları məhv edilib
Sosial 18:28Qərbin “VARDANYAN ŞOUSU” – TƏHLİL
Siyasət 18:04SOCAR ilə DVX arasında memorandum imzalanıb - FOTOLAR
İqtisadiyyat 17:25Ötən ay 63 milyon manat ipoteka krediti verilib
İqtisadiyyat 17:19Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ
Siyasət 17:18Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Siyasət 17:09Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
İqtisadiyyat 16:46Evlərdə yeni otaq: SOYUNMA-GEYİNMƏ OTAĞI - ARAŞDIRMA
Maraqlı 16:35Prezident Şarl Mişeli COP29-a dəvət edib
Siyasət 16:16Sifarişli və qərəzli hesabat - RAKURS
Siyasət 16:12Elmira Süleymanova ilə vida mərasimi başa çatıb
Hadisə 15:12Zərdabda moped, Salyanda avtomobil yanıb
Hadisə 14:34Mbappe PSJ-nin heyətində yeni rekorda imza atıb
İdman 14:25Türk dünyası böyük bir fenomenə çevrilib - Səməd Seyidov
Siyasət 14:20"Qəbələ"nin futbolçusu əməliyyat olunub
İdman 14:14Azərbaycanın ilk ombudsmanı vəfat edib
Hadisə 14:13Türk dövlətləri parlamentləri Qarabağa səfər edəcəklər
Siyasət 13:07"Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb" - Sahil Babayev
İqtisadiyyat 13:04Ötən sutka 46 yanğına çıxış olub - FHN
Hadisə 13:03Milli ideoloji araşdırmaları ilə tanınan alim
Sosial 12:40Baş Prokurorluq-dan mediaya müraciət
Hadisə 12:2793 müəssisədə nöqsanlar aşkarlandı - FOTO
Hadisə 12:21İlham Əliyev və Sadır Japarov Ağdamda
Siyasət 12:20Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır - FOTO
Siyasət 12:15Azərbaycan və Qırğız Respublikası arasında əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat 12:13İcma ABŞ Dövlət Departamentinə cavab verib
Siyasət 12:12Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8205 +0,04%
- GBP 2,1193 +0,09%
- RUB 0,0184 +1,09%