Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturanın boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlara müraciət edib. AMEA-dan SİA-ya verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surət, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm) tələb olunur.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı avqustun 17-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində aparılacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə