Erməni xisləti yeni təqdimatda QALMAQAL

Armenian Report saytında maraqlı, həm də Qırğızıstan hakimiyyətindən tutmuş bütün qırğızlara əsl dərs olan bir məqalə yerləşdirilib. Sayt Ermənistanın da üzvü olduğu və Rusiyanın dominantlıq etdiyi bir çox beynəlxalq təşkilatların (AvrAsiya İttifaqı, MDB, KTMT və s.) üzvü olan Qırğızıstan Respublikasını sözün əsl mənasında aşağılayıb. Bu fikirlər əslində Qırğızıstan haqqında bütün ermənilərin ümumiləşdirilmiş yanaşmasıdır. Ola bilər ki, Ermənistan rəsmilərindən kimsə bu fikirlərin hansısa jurnalistin təxəyyülünün məhsulu kimi yoza bilər. Əslində, bu fikirlər hər dəfə Ermənistanla Qırğızıstan arasında qalmaqal yarananda yeni formada təqdim olunub. Görün, erməni saytı Qırğızıstanı necə təqdim edir: Tanrının unutduğu, iqtisadi, siyasi, mədəni sahədə çox geridə qalmış məkan, sivil dünyada heç kimin əlinin çatmadığı, ölkə deyilə bilməyən yer. Onlar öz adət-ənənələri, əqli inkişafları, dünyagörüşləri ilə orta əsr düşüncəsində ilişib qalıblar. Bu da yuxarıda yazılanların rus variantı: (Эта Богом забытая, экономически, политически, культурно отсталая территория, которую даже нельзя назвать страной, населена людьми, которым никто в цивилизованном мире никогда не подаст руки. Потому что они застряли в дремучем средневековье, с их обычаями , понятиями, мировоззрением).

Bir çox təşkilatların birgə üzvü olan, problemləri bir yerdə həll etmək istəyən, bir sözlə müttəfiq sayılan ölkələr adətən bir-birinin adına hörmətlə yanaşmalıdırlar. Ermənistan isə bu ölçüləri çoxdan unutmuş barbar ölkədir. Bu fikirlərimizə Azərbaycanın timsalında aydınlıq gətirək: 150-170 il bundan əvvəl Çar Rusiyası tərəfindən, ingilislərin maliyyə dəstəyi ilə İrandan, Türkiyədən, Rusiyadan minlərlə erməni ailəsini Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırdılar. İran və Türkiyənin imperiya tarixi xaçlı yürüşlərinin bu ölkələrdə əl-qol açmasına imkan vermədiyi üçün xanlıqlardan ibarət Azərbaycan torpaqlarında bu siyasəti asanlıqla yürüdə bildilər, ermənilər azərbaycanlıların dədə-baba torpaqlarında yerləşdirildilər. Nəticə də göz qabağındadır, ermənilər gəmiçi ilə dava döyürlər.

Bəs Qırğızıstanda nə baş verib, ermənilər qırğızları niyə söyür? Məsələ burasındadır ki, Susanna adlı erməni "haxçi" indiyədək gözəllik müsabiqələrində Qırğızıstanı təmsil edib. Və bu gün ermənilər ayılıblar ki, bəs onlara bir millət olaraq qoyulmuş "obezyan" adını gözəllik müsabiqəsində Qırğızıstanı təmsil edən erməni Susannanı Ermənistanın təmsilçisi kimi təqdim etməklə yumşaltmaq olar. Yəni, baxın, biz heç də meymunabənzər deyilik, aramızda belə gözəllər də var. Düzdür, bundan əvvəl Kim Kardaşyanın timsalında ermənilər nə isə etməyi düşünsələr də Kimin oriyentasiyası onları bu fikirdən daşındırdı. İndidə Susannadan yapışıblar, deyirlər ki, Qırğızıstan vətəndaşı olmasına baxmayaraq Susanna ermənidir, deməli Ermənistanı təmsil etməlidir. Susanna da gözəllik müsabiqəsinə Qırğızıstan təmsilçisi kimi qatılsa da finalda podiuma üzərində "Ermənistan" yazılmış lentlə çıxıb. Qırğızlar da haqlı olaraq erməni qızın xəyanətini bağışlamaq fikrində olmadıqlarını deyiblər. Söz veriblər ki, Susannaya "dərs" verəcəklər.

İndi siz deyin, qırğız çörəyini yeyib, yarışlara qatılmaq üçün qırğız "som"undan gen bol xərcləyən erməni qızı "dram"ı görəndən sonra bu nə şou-teatrdır göstərir?

Bu da erməni saytının təqdimatı: http://www.armenianreport.com/pubs/164350/

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə