ASAN könüllüləri “ASAN Radio”nun qonağı oldu FOTO

Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə RİH-də təcrübə keçən 10-cu qrup ASAN könüllüləri 12 Avqust “Beynəlxalq Gənclər Günü münasibətilə“ASAN Radio” nun qonağı olublar.

İlk öncə “ASAN Radio” nun rəhbərliyi ilə görüş keçirilib.

Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, görüşdə “ASAN Radio”nun direktoru Emin Musavi, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rüfət Əhmədov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri iştirak ediblər.

Səmimi keçən görüşdə “ASAN Radio”nun direktoru Emin Musavi gəncləri salamlamış və “ASAN Radio” haqqında geniş məlumat verib. Natiq çıxışında Binəqədi rayonunda son illərdə gedən abadlıq-quruculuq işlərindən, o cümlədən, rayonun saytının, facebook səhifəsinin operativliyindən söz açıb. Qeyd edib ki, KİV günümüzün aktual hissəsini kəsb edir və Binəqədi rayonunda bu işlərin düzgün təşkil edilməsi müsbət haldır.

Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyinin salamlarını çatdırmış və “ASAN Radio”nun kollektivini12 Avqust “Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib.

Daha sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri öz səmimi fikirlərini bölüşmüşdürlər.

Görüşdən sonra “ASAN Radio” nun inzibati binası ilə tanışlıq olmuş və sonda Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən “ASAN Radio” suna hədiyyə edilən tort kəsilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlamış və bu gün öz fəaliyyətini uğurla davam etdirir.

loading...