Çayın Bankə məntəqəsində suyun səviyyəsində 22 santimetr artım qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.

Departamentdən SİA-ya bildirilib ki, avqustun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 80 kubmetr olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 62 kubmetr olmaqla ongünlük normanın 64 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 11,5 kubmetr olmaqla ongünlük normanın 17 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 62 kubmetr təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr azalma, Salyanda 3, Bankədə 22 santimetr artım qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 (2016-cı il avqustun 11-də 365 sm), Şirvanda 207, Salyanda 126 (2016-cı il avqustun 11-də 150 sm), Bankədə 205 (2016-cı il avqustun 11-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 santimetr (2016-cı il avqustun 11-də 76 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə