İsmayıllı-Qəbələ yolunda reyd: Qayda pozan sürücülər cərimələnib FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü tağımının İsmayıllı rayonundakı 715 saylı postu tərəfindən yay turizm mövsümündə İsmayıllı və Qəbələ rayonlarına gələn yerli və xarici qonaqların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülər arasında reyd keçirilib.

SİA-nın məlumatına görə, Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun müxtəlif hissələrində 2 saata yaxın davam edən yoxlamalar zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər də aşkarlanıb. Həmin avtomobil sahibləri saxlanılaraq onlara inzibati protokol tərtib olunub. Reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib.

Sürücülərə məlumat verilib ki, reydin keçirilməsində əsas məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınması, sərxoş sürücülərə qarşı mübarizə və hava şəraitinin isti keçməsilə əlaqədar sürücüləri təlimatlandırmaq olub. Əsasən sərnişindaşıyan avtobusların daha diqqətlə yoxlanılması və sərnişinlərin təhlükəsizliyini təmin etmək olub.

Yol polisi əməkdaşları yay turizm mövsümü ilə əlaqədar olaraq İsmayıllı və Qəbələ rayonlarına gələn yerli və xarici qonaqların təhlükəsizliyinin təmin olunması üçün sürücülər arasında mütəmadi olaraq reydləri davam etdirəcəklərini bildiriblər.

loading...