Su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş analizlərin NƏTİCƏSİ

İyulun 27-də Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, ölkənin hava hövzəsində rаdiоакtiv çirklənmə üzrə müşаhidələr keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, ötən gün atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan tozun birdəfəlik maksimal qatılığı 1, azot 4-oksidin 1.4, hidrogen flüoridin 1, furfurolun isə 1.6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçdiyi müəyyən olunub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

27 iyul tarixində Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə 54 analiz nəticələri daxil olub. Analiz nəticələrinin təhlilindən göründüyü kimi Abşeron yarımadasında yerləşən Bülbülə və Yasamal göllərinin suyunda ionların cəmi və codluq norma daxilində olub. Kürdəxanı, Masazır, Qırmızıgöl və Xocahəsən göllərində suyun codluğu və ionların cəmi dəfələrlə YVQH-ni keçib. Masazır gölündə ionların cəmi 146.7, ümumi codluq isə 36.6 dəfə YVQH-ni keçib.

Torpaqların çirklənməsinin monitorinqi zamanı 10 torpaq nümunəsində 30 fiziki-kimyəvi analiz aparılıb. Analizlərin nəticəsindən məlum olub ki, nitrat ionu Şəki RHM-Şəki və Quba RHM-Qırız məntəqələrində 1.1, Quba RHM-Quba məntəqəsində isə 1.3 dəfə yol verilən qatılıq həddini keçib. Bundan başqa spektrometriya və xromatoqrafiya laboratoriyasından gələn 4 torpaq nümunəsi üzərində 36 kimyəvi analiz aparılıb. Analizlərin nəticəsindən məlum olub ki, Gəncə şəh. Alüminium zavodundan 1 km şimal-qərbə qurğuşun 3.4, nikel 2.7, xrom 20.8, mis metalı 5.1 dəfə, Gəncə şəh. Alüminium zavodundan 10 km şimal-qərbə qurğuşun 2.7, nikel 2.1, xrom 18.5, mis metalı 3.7 dəfə, Gəncə şəh. Alüminium zavodundan 20 km şimal-qərbə qurğuşun 2.1, nikel 1.7, xrom 15.8, mis metalı 3.5 dəfə, Gəncə şəh. Alüminium zavodundan 30 km şimal-qərbə qurğuşun və nikel 1.5, xrom 13.8, mis metalı isə 2.7 dəfə YVQH-ni keçib.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 11-12 mkR/saat olaraq qeydə alınıb, Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 8-12 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib. Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 9-17 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir). Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 9-18 mkR/saat arasında olub, Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə