Yeni yataqxana kopmleksinin inşaası yekunlaşmaq üzrədir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələr üçün inşa edilən ikinci yataqxana binasının tikintisi yekunlaşmaq üzrədir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hazırda binada rəngsaz işləri görülür. Ümumi sahəsi 2 min 300 kv/m olan bina 5 korpusdan ibarətdir. Burada 514 nəfər tələbənin yerləşməsi nəzərdə tutulur. 7 mərtəbəli binanın birinci mərtəbəsində fitnes zalı olacaq, digər mərtəbələr isə sırf yaşayış kompleksindən ibarət olacaq. Tikili ən müasir tələblərə cavab verəcək şəkildə inşa edilib. Burada istilik, havalandırma sistemləri, lift, camaşırxana mövcuddur. Tikilinin önü qazon və asfalt örtüyündən ibarət olacaq. Tikilinin sonuncu-yeddinci mərtəbəsində isə gəzinti meydançası yaradılacaq.

Qeyd edək ki, bina yeni tədris ilində tam istifadəyə veriləcək.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə