“Meydan TV” qondarma erməni soyqırımını tanıdı və...

İndi də erməni əməkdaşının vasitəsi ilə 1000 avroya işçi axtarır

“Meydan TV”-nin saytında qondarma erməni soyqırımını tanımağa yönəlmiş fakt ifşa olunduqdan sonra, növbəti xəbər bu ermənipərəst media qurumunun bilavasitə erməni lobbisinin əlində oyuncaq olduğunu sübuta yetirib. Belə ki, əldə edilən digər məlumata görə, bu TV-nin istər birbaşa, istərsə də dolayı yollarla erməni şəbəkəsi ilə əlaqələrinin olması elə həmin qurumda çalışan bir erməni tərəfindən etiraf edilib.Deyilənləri təsdiqləyən daha bir fakt isə ondan ibarətdir ki, hazırda Gürcüstanın paytaxtı Tbilisidə məskən salan erməni jurnalist Onnik Krikorian özünün tvitter hesabında elan paylaşaraq, “Meydan TV”yə işçi axtarıldığını bəyan edib.Maraqlıdır, bir neçə gündür ki, Milli Mətbuatımızın 142-ci ildönümü ilə bağlı 255 jurnalistin mənzillər təmin olunmasını həzm edə bilməyərək gah məntiqsiz və əsassız “siyahı”, gah da digər bənzər iddialarla gündəmə çıxmağa cəhd edən Həbib Müntəzir adlı erməniləşmiş gəda, ortaya çıxan sübut və dəlillərdən sonra hansı üzlə ortaya çıxır?! Əslində, burada təəccüblü heç nə yoxdur. Simasızdan, Vətən xainindən, düşmənə işləyən satqından hər şey gözləməyə dəyər.

Aparılan araşdırmalardan sonra məlum olub ki, Onnik Ceyms Krikorian Britaniyada doğulmuş erməni jurnalisti və fotoqrafıdır. 2013-cü ildən başlayaraq, Tbilisidə keçirilən “4M Journalism and Social Media” forumunda həm təşkilatçı həm də fəal kimi tanınır. Belə ki, adıçəkilən forum Cənubi Qafqazın hər 3 ölkəsindən olan jurnalistləri bir yerə toplayır və təşkilatçılara lazım olan “ideyalarla” təlimatlandırır. Yəni onların forumlarına qatılan media nümayəndələri “verbovka” olunur. Daha sonra isə onlar layihəni maliyyələşdirən şəbəkənin maraqlarına uyğun işlərə doğru istiqamətləndirilirlər.

Bu arada onu da qeyd edək ki, “Meydan TV” üçün verilən elanda deyilir ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvaciblə Tbilisidə yerləşmək şərtilə layihə meneceri axtarılır. Söz yox ki, bir jurnalist üçün 1000 avro heç də az pul deyil. Bu zaman növbəti sual yaranır - bəs özünü qeyri-kommersiya qurumu kimi təqdim edən “Meydan TV” işçilərinə bu pulu haradan ödəyəcək? Şübhəsiz ki, Krikorianın da bağlı olduğu erməni şəbəkəsinin və bu şəbəkələri maliyyələşdirən zəngin erməni lobbisinin cibindən. Hər halda sözün bitdiyi yer buna deyərlər!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə