DİM-in “Çağrı” mərkəzi fəaliyyətə başlayıb

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar –ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.

“Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa "1653" nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng edə bilərsiniz.

”Çağrı” mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək (fasilə 13:00–14:00) xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə