Xəzər rayonunda Uşaq və Ailələrə Dəstək Mərkəzinin açılışı olub

Bu gün Xəzər rayonunun Şüvəlan qəsəbəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan qəsəbəsindəki Uşaq və Ailələrə Dəstək Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilmişdir

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova, Avstriya Respublikasının Federal Ailə və Gənclər Naziri Sofi Karmaasin, Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex, Millət vəkili Rauf Əliyev, Xəzər RİH Başçısının müavini Arif Balayev iştirak etmişdir.

Tədbirdə çıxış edənlər “Uşaq və Ailələrə dəstək Mərkəz” inin rayonda uşaq və ailələrdə yaranmış müəyyən problemlərin həll olunmasındakı rolundan danışdılar.

Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev bildirmişdir ki, Xəzər rayonunda “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”, Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatının Qadınlar Şurası və rayon Gənclər və İdman İdarəsi ilə birlikdə qadın və uşaq problerinə dair “Erkən nigahlar və onun fəsadları,” “Qadınlara qarşı məişət zorakılığı,” “Milli-mənəvi dəyərlərimizin qorunması və bunun gənclərə aşılanması,” “1 iyun Uşaqların Müdafiəsi Gününə həsr olunmuş” və sair tədbirlər həyata keçirilmişdir. Sonra o qeyd etmişdir ki, Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonda uşaq və ailələrin problemlərinin həll edilməsində yaxından iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə