Gənc şairə Yazıçılar Birliyinə üzv seçilib

Gənc şair-publisist, tərcüməçi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin rəhbəri Lamiyə İsazadə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olub. Bu barədə açıqlama verən L.İsazadə bildirib ki, bu onun üzərinə böyük məsuliyyət qoyur: "Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq mənim üçün fəxarətdir. Məni bu birliyə layiq görən AYB-nin sədri dəyərli Anar müəllimə xüsusi minnətdarlığımı bildirirəm. Bu bir daha onu göstərir ki, ölkəmizdə gənc yaradıcı insanlar daima diqqət və qayğı ilə əhatə olunublar. Biz də, bu diqqət və qayğıya öz yaradıcı işlərimizlə, yeniliklərimizlə cavab verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə