Meyxanaçı Namiq Qaraçuxurlu sosial media hesabında iki il öncə çəkilmiş fotosunu yayımlayıb. SİA-nın məlumatına görə, o, həmin vaxt səhhətində yaranan problemdən və yaşadıqlarından söhbət açıb: “Təsadüfən Təcili Yardım maşınında çəkilmiş şəklim qarşıma çıxdı. 2 il öncə bu gün yaşadıqlarım gözümün önündə canlandı. Uzun sürən əməliyyat, bircə saniyəlik də olsa ağrılarımın olmaması üçün Allaha yalvarışlar, mundar insanların sevinməsini izləmək, aylarla yataqdan qalxmamaq, ağrılarımdan çox himayəmdə olan insanların qayğısına kim qalacaq kimi narahatçılıqlar, istifadə etmək üçün sağalmağımı gözləyənlər... Amma eyni zamanda peşəkar həkimlər, başımın üstündə bir ordu dostlarım, günlərlə bu ağrını mənimlə bir keçirən ailəm, əzizlərimin, millətimizin, qəlbdən gələn duaları, sevgisi, sənət dostlarımın mənəvi dəstəyi və nəhayət ayaqda qalmaq. Qəribə hisslər keçirirəm. Özümü naşükürlükdə, unutqanlığda qınayıram. Baxmayaraq hər gecə dua və şükürlərimi dilimə gətirirəm, məncə, yenə də azdı. Pis günlər uzaq olsun, hər anımıza şükür”.

Bütün xəbərlər Facebook səhifəmizdə