Xatun: "Oğlum doğum günümdə yanımda deyildi"

Bir neçə gün bundan öncə təmtəraqlı şəkildə ad gününü qeyd edən müğənni Xatun Əliyeva prodüser-aparıcı Tarix Əliyevin (Tolik) verilişində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı özəl günündə oğlunun iştirak etməməsinin səbəbini açıqlayıb: "Oğlum doğum günümdə yanımda deyildi. Çünki o, mətbuatdan uzaq olmağa çalışır. İstəmir ki, onu tanısınlar.

Onu da deyim ki, övladım orta məktəbdə təhsil alan vaxtlarda onun heç bir valideyn iclasına getməmişəm. Oğlumla hər zaman anam məşğul olub".

Bütün xəbərlər Facebook səhifəmizdə