Mina: "Oğlanlar qızların gələcəyini məhv etməyin!" FOTOLAR

Müğənnisi Mina Hüseyn "İnstlagram" səhifəsində yeni fotolarını yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı paylaşımına ən hər kəsin marağına səbəb olacaq sözlər yazıb. O, qızların həyatını məhv edən oğlanları tənqid edib: "Əziz gənclər, cavan oğlanlar, əgər sizin üçün ərə gedəcək qızın keçmişi əhəmiyyətlidirsə, tanış olduğunuz qızların gələcəyini məhv etməyin!"

Daha sonra Mina qeyd edib ki, kimisə məcburi şəkildə yaxşı etmək mümkün deyil: "Bir insanı zorla keyfiyyətli edə bilməzsən, əlini çəkdikdən sonra yönəldiyi ucuz şəxsiyyətlər də bunun isbatıdır".

İddia olunur ki, Mina bu sözləri bu yaxınlarda ona xəyanət edən sevgilisinə ünvanlayıb. O, verilişlərin birində sevgilisinin ona xəyanət etdiyini etiraf etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə