Mələkxanım Əyyubovanın oğlu FOTOLAR

Xalq artisti Mələkxanım Əyyubova oğlunun şəkillərini yayımlayıb. SİA-nın məlumatına görə, xanəndə 15 yaşı tamam olan Nicatın şəkillərini sosial şəbəkədə paylşaraq, bu sözləri yazıb: "Bu gün evimizin sonbeşiyi, Nicatımızın doğum günüdür. 15 yaşını tamamlayır. İlk dəfədir ki, yeni yaşını Vətəndən və ailədən uzaqda qeyd edir. Bu onun ilk yubiley yaşıdır. Əziz oğlum, sənə hər şeydən öncə can sağlığı və gözəl günlər görməyi arzu edirəm. Ailəmizin ən kiçik üzvü olsan da, biz inanırıq ki, sən hər zaman fəxr ediləcək övlad olacaqsan".

Bütün xəbərlər Facebook səhifəmizdə