Aygün: "Kənandan çox pul qazanıram" VİDEO

Müğənni Aygün Mahmudova həyat yoldaşı rejissor-aktyor Kənan M.M.-in ailə büdcələrindən bəhs edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Ayda bir dəfə ya Kənan Türkiyədən Vətənə gəlir, ya mən yanına gedirəm. Yollarda qalır. Sənətində heç vaxt heç nəyi ona məcbur etməmişəm. O da məni həmçinin.

Ürəyimiz istəyən qonararı versəydilər, lap köçüb onun yanında yaşayardıq. Bunu çox istəyirik. Hal-hazırda mənim qonararım daha yüksəkdir. Kənanın qonararı zəif olduğu üçün deyirəm ki, sənin əziyyətinə dəymir. Kənanın qazancı hər zaman məndən yüksək olub. Çünki mən uzun müddət işləmirdim, uşaq saxlayırdım.

Əsas odur ki, qazancımız bir yerə toplanır. Uşaqlarımız üçün qazanırıq. Bütün ailələrdə pul qadınlarda olur. Kişi qazanıb qadına verir. Xatırlayıram, Kənana 1000 manat bir, 2000 min manat da bir vermişdim. Sonra dedim ki, pulumu qaytaracaqsan? Dedi, narahat olma, film izlənsin qaytararam".

Müsahibə zamanı həyat yoldaşına görüntülü zəng edən rejissor da məsələyə münasibətini bildirib: "Pulların hamısı məndə olsa, ortada heç nə qalmaz. Qadın 100 min qazana bilər. Amma kişinin qazancı daha bərəkətli olur".

Bütün xəbərlər Facebook səhifəmizdə