Rəqsanədən jurnalistə: "Ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən" FOTO

Müğənni Rəqsanə İsmayılova jurnalist Ülviyyə Alovlunun onun və qızı Aysun İsmayılovanın haqqında dediyi sözlərə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma artıq onunla əlaqəli deyil. Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm. Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü uşağımla reklam edirsən. Birdə ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.

O ki qaldı yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən".

Qeyd edək ki, jurnalist Ülviyyə Alovlu saytların birinə belə bir açıqlama vermişdi: "Rəqsanə həyatda heç var ki? Qaçıb, Moskvadadır. Neçə dənə cinayət işi var. Arxasında o qədər cinayəti olan insan Bakıda qala bilməzdi. Dələduzluq edə-edə, ona-buna ata-ata villa tikdirməyə nə var ki? Burada təəccüblənəsi nə var ki?”.

O, “Rəqsanə Moskvada dünya şöhrətli pop ulduz Cennifer Lopezin villasının eynisini özü üçün tikdirir” şərhinə bu cür münasibət bildirib: “Rəqsanədən fərqli olaraq, şəxsən mən Cennifer Lopezin villasında olmamışam. Rəqsanə CeyLonun evi kimi necə ev tikdirə bilər? CeyLonun evinin qiymətini heç bilirsiniz? Sənətlə müqayisə etsinlər özlərini. Adama deyən lazımdır ki, CeyLonun villasından tikdirirsənsə, bütün Bakı arxanca niyə borca görə ağlayır? Niyə axtarırlar səni?

İradə İbrahimovanın bacısının salonunda işləyən qızın adına Rəqsanə bacısı üçün mağazadan telefon alıb. Hələ də onun pulunu ödəyib qutarmayıb. Bu xırda-xırda borcları niyə ödəmirsən? Əyninə geyindiyin paltara görə səni məhkəməyə vermişdilər. Əgər yaxşı adamsansa, niyə qaytarmırsan borclarını? Mənə onun vicdan borcu qalıb. Bir Allahı bilər, bir də özü. Adam gərək yalançı olmasın”.

Ü.Alovlu Rəqsanənin müğənni qızı Aysun İsmayılovanın səsinin olmamasını söyləyərək, onu ələ salıb: “Qızı getsin oxumağı öyrənsin. Notlara düşmür. O qədər pafoslu çıxışlardansa, özünü öldürməkdənsə, musiqi müəllimin yanına getsəydi, daha yaxşı olardı”.

Bütün xəbərlər Facebook səhifəmizdə