Nazpəri illər sonra təqdimat etdi FOTO+VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva “Dözmədim sənsizliyə” klipinə təqdimat edib. SİA-nın məlumatına görə, ekran işinin rejissoru Şəhanə Ayazqızıdır. Mahnının musiqisi Nailə Mirməmmədliyə, sözlə Eltəkin Səfərəliyevə məxsusdur.

Uzun fasilədən sonra təqdimat etdiyini söyləyən Dostəliyeva bildirib ki, yeni işinin seviləcəyinə inanır: “Hər zaman medianı təəccübləndirməyi sevmişəm. İndi də duet ortağımla bunu etdim. Tez-tez təqdimat etmirəm. Sənətlə səhnəyə gələnləri pafoslu çıxışlar maraqlandırmır. Mahnının sözlərini gənc həkim yazıb. Eşidəndə gördüm ki, duet tələb olunur. Duet ortaqlığını da söz müəllifinin özünə təqdim etdim. Klipin rejissoru mənim pərəstişkarım, tez-tez küsüb, barışdığım Şəhanədir. Mahnı oxumaq asan deyil. Bu mahnıda nə ərəb, nə türk, nə hind notları var. Sırf Azərbaycan musiqisidir”.

Dostəliyeva klipə xərclədiyi pulla bağlı suala belə cavab verib: “Maddi durum sənət adamını maraqlamdırmır. Yalandan özünü gözə soxanlar çıxıb pulu deyir. Mənə pul maraqlı olmadı. Nə qədər ömrüm var, gənclərə dəstək olacam. Qoy məndən sonra arxamca yaxşı danışılsın. Əgər arxanca deyirlərsə, yaxşı, xeyirxah adamdır, bəsimdir. Ölümdən qaçmaq olmaz. Önəmli xalqın içində ad qoymaqdır”.

Bəstəkar Nailə Mirməmmədli isə ekran işi ilə bağlı bunları deyib: “Uşaqlıqdan musiqi həyatımın ana xətti olib. Onu hamıya qısqanmışam. İnanıram ki, bu mahnımız sizə xoş gələcək. Estrada musiqisi sıfır dərəcəsindədit. Efirləri başqa musiqilər ələ alıb. Mahnımı təqdim edəndə çalışdım Nazpəri xanımın da sənətinə xələl gətirməyim”.

Bütün xəbərlər Facebook səhifəmizdə