“Bu şəhərdə” 11 illik fasilədən sonra bunu etdi FOTO

"Bu şəhərdə" komandası növbəti kinosunu təqdim etməyə hazırlaşır. SİA-nın məlumatına görə, 11 illik fasilədən sonra ssenarist Müşviq Abbasov "Şabaş" adlı film lentə alıb. "Şabaş"ın baş rollarını Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov ifa ediblər.

O, "Şabaş"ın ssenarisi haqda da danışıb: "Filmdə Rəfael və Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Toya getdikləri müğənni ilə pul üstündə davaları düşür. Hadisələr gülməli davam edir".

Qeyd edək ki, ekran işinin qala gecəsi dekabrın 5-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə