Damladan onu bəyənməyənlərə cavab: "Gülməlidirlər" VİDEO

Müğənni Damla onu tənqid edənlərin verib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "
Məni dinləmirlər, canları sağ olsun. Sevgi elə bir şeydir ki, orada məcburiyyət ola bilməz. Onlara cavab versəm, çıxıb deyəcək ki, məcburam səni sevməyə? Bəzən elə mövzuda danışırlar ki, çarəsiz duruma düşürəm.

Onlara gülürəm, özümə deyirəm ki, bunlar məni nəyə bənzədirlər? Mən cəngəllikdəki heyvanam, o qədər qorxulu, təhlükəliyəm ki, aqresivdilər?

"Bunun qabağına savadsızlar, uşaq-muşaqlar qaçır, ona qulaq asanın nə savadı var?" kimi ifadələri həzm edə bilmərəm. İnsanın sevənini təhqir etmək olmaz".

Qeyd edək ki, Damlanı tənqid edənlər arasında Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Elza Seyidcahan, Kəmalə Müzəffər, müğənni Eldar Qasımov və başqaları var.

Bütün xəbərlər Facebook səhifəmizdə