Türkiyədə yaşayan müğənni İradə İbrahimova insanların tənqidlərindən bəhs edib. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Yaşadıqlarımdan, öyrəndiklərimdən, Allah dostlarından mənə qalanlar, hamımızın, bütün insanların üstündə bir az kir, toz var. Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil. İnsanların çox yaxşı olduğuna və qüsursuzluğuna, əsla aldanma, yaxud özünü aldatmağa səbəb axtarma. Hardan başlayacağını bilmədiyin zərif ruhunu başa düşürəm, amma bunun üçün heç bir addım, səy göstərmədiyini başa düşə bilmirəm" deyir, bir kitabda. Əslində sənə yol xəritəsi, qiblənüma çoxdur, yetər ki, görmək istə. Oxumaq, araşdırmaq və yaşamaq... Bu üç amillə etdiyin axtarışların hamısı yolundur. Kirini, tozunu, pasını atmaq istəyirsənsə, ürəkli olmalısan. Olanı yoxa saymayacaq, olmayanı var saymayacaqsan. Cəsarət üzləşmək, razı olmaq istər. Ürəyinə ağrı çəkdirmə. Ürəyin hər zaman ağrıyacaq, sən şüurunu dinlə.

İndi get bir güzgüyə diqqətlə, cəsarətini topla və bax. Siz bu güzgü məsələsini səhv başa düşməyin. Güzgünü başqalarına tutmaq rahatdır, bir də özünə tut. Başqasında qüsur, ayıb axtarmaq asandır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...