Mark Eliyahunun konsertləri ləğv olundu VİDEO

Dünya şöhrətli musiqiçi Mark Eliyahunun Azərbaycandakı konsertləri ləğv olunub. SİA-nın məlumatına görə, buna səbəb onun səhhətində yaranan problemdir. Sənətçi bu barədə özü xəbər verib: "Səhhətimə görə məni Bakı, Gəncə və Tiflisdə görməyi planlaşdıran çox adamla görüşə bilməyəcəyəm. Çox kədərlənirəm. Heç vaxt sizi incitmək istəmirdim. Hamınızı sevirəm və bunun əvəzini çıxacağıma söz verirəm. Konsertlərin ən yaxın müddətdə təşkil edilməsi üçün əlimizdən gələni edəcəyik. Konpensasiya proseduru haqda məlumat veriləcək”.

Qeyd edək ki, M.Eliyahu bir neçə müddət öncə Bakıda konsert verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...