Türkiyəli aktrisa Demet Özdemir Bakıya gəlib. SİA-nın məlumatına görə, onun paytaxtımıza təşrif buyurmasına səbəb siması olduğu "Altın kelebek" mükafatlandırma gecəsidir.

Aktrisa Azərbayacana gələrək şəhəri gəzib. Axşam saatlarında isə şəhərin dəbdəbəli klublarından birində Demetin mükafatlandırma gecəsinin siması olması ilə bağlı parti keçirilib.

Partiyə müğənnilər Sevda Yahyayeva, Nura Suri, aktrisalar Oksana Rəsulova, Pərvin Abıyeva və başqaları qatılıb.

Gecənin aparıcısı Nəsib Nur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...