Aygün Kazımova: “Mənim də sevgiyə ehtiyacım var” VİDEO

Xalq artisti Aygün Kazımova bir neçə gündür anons etdiyi yeni klipini pərəstişkarlarının ixtiyarına verib. SİA-nın məlumatına görə, “Ehtiyacım var” adlı mahnının ekran həlli rejissor Elman Bayramova həvalə edilib.

Mahnının sözləri İsmayıl Əsədov və Saleh Səbata, musiqisi də İ.Əsədova aiddir.

Amerikada lentə alınan ekran işi artıq Kazımovanın “Youtube” kanalında yerləşdirilib.

Aygünün tərəf müqabili modelyer Rüfət İsmayıldır.

Bütün xəbərlər Facebook səhifəmizdə