Pərviz Türkanı Damlaya dəyişdi FOTO

Xəbər verdiyimiz kimi, meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadə duet ortaqlığına son qoyublar. SİA-nın məlumatına görə, buna səbəb Pərviz Türkanı dostunun toyuna çağırıb və o da məclisdə olduğu üçün gedə bilməyib. Bundan inciyən Bülbülə qarşı tərəflə olan bütün iş birliklərini və dostluqlarını bitirib.

Həmin ayrılıqdan dərhal sonra Pərviz keçmiş duet ortağı Damlanın yanına qayıdıb. İşbirlikləri bitdikdən sonra uzun müddət bir araya gəlməyən ifaçılar sosial şəbəkədə birgə çəkdirdikləri şəkli yayımlayıblar. Onların bu addımı yenidən duet oxuyacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.

Həmin fotonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə