Müğənni Əbdül Xalid verilişlərin birində haqqında gəzən bütün söz-söhbətlərə son qoyub. SİA-nın məlumatına görə, ifaçı eyni zamanda illərdir çalışdığı prodüserindən ayrılma səbəbini açıqlayıb: "Keçmiş prodüserim Nicatla iş birliyimizə son qoymuşuq. Amma onunla yenə də dostuq. Bu normal haldır. 40 illik ər-arvadı boşanır. Mənim ona vəfa borcum var. Nicat pis və yaxşı günümdə hər zaman yanımda olub”.
Sənətçi Bakıdan köçməsi xəbərini təsdiqləyib: "Bakıdan köçmüşəm. Hazırda Tovuzda yaşayıram. Ora köçməyimə səbəb bəzi insanlardan sıxılmağımdır. Rahatçılıq axtarırdım. Onu da Tovuzda tapdım".
Əbdül Xalid şəxsi həyatından da danışıb: "Yenidən ailə qura bilərəm. Çünki həyat davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə