Pərvizin yeni görünüşü hər kəsi təəccübləndirdi FOTO

Meyxanaçı Pərviz Bülbülə xarici görünüşündə dəyişiklik edib. SİA-nın məlumatına görə, o, bir müddət əvvəl tökülən saçlarını əkdirərək bərpa edib.

Pərvizin yeni görüntüsünü müğənni "Damla" "İnstagram" səhifəsində paylaşıb. O, şəkilə P. Bülbülə ilə mərcə girdiyini qeyd edib: "Dostlar, aramızda kiçik bir mərc var. Kimin profilində (Həmin fotonu Pərviz Bülbülə də eyni anda paylaşıb) bu şəkilə 24 saat ərzində çox "like" gəlsə, o qalibdir. Əgər Pərviz qalib gəlsə, onun yeni saçlarının xərcini mən ödəyəcəm".

Pərviz isə Damlanın qalib olacağı halda yeni mahnısının sözlərini yazacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...