Filipp Kirkorov Bakıda konsert verdi FOTOLAR

Rusiyanın Xalq artisti Filipp Kirkorov ötən gün Bakıda konsert verib. SİA-nın məlumatına görə, Bakı Konqres Mərkəzində gerçəkləşən gecə şoularla yadda qalıb.

Üç saat ərzində müğənninin ifasının fonunda xeyli səhnəciklər nümayiş etdirilib.

Sənətçi konsert zamanı müxtəlif geyimlərdə olub. Gecədə Xalq artisti Aygün Kazımova da onunla səhnəyə çıxaraq iki mahnı ifa edib.

Qeyd edək ki, konsert bu gün də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə