Gülüstan Əliyeva qızına toy edir VİDEO+FOTO

Bu gün Əməkdar artist Gülüstan Əliyeva qızına vağzalı çaldıracaq. SİA-nın məlumatına görə, ifaçının qızı Yusif adlı bəylə ailə həyatı qurur. Məclis paytaxtın məşhur məkanlarından birində keçiriləcək.

Bu haqda "İnstagram" səhifəsində sənətçinin özü məlumat verib. Belə ki, o Yusiflə qızı Əslinin fotosunu yayımlayaraq, bu sözləri yazıb: "Bu gün toyumuz var. Yusif və Əsliyə bir ömür boyu xoşbəxtlik, səadət arzulayıram".

Qeyd edək ki, artıq cütlüyün rəsmi nikah mərasimi baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə