Təranə Qumral: "Birinci həyat yoldaşım gənclik səhvim idi" VİDEO

Müğənni Təranə Qumral verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı şəxsi həyatından danışıb: "Atam dəmir yolunda işləyirdi, gecə evə gəlmirdi. Tək qalırdıq. Elə qorxurduq ki... Göy guruldayanda stolun altına girirdik. Məktəbə gedəndə deyirdik ki, anamız olsaydı, saçımızı bağlayardı, yaxşı geyinərdik. Ananın yoxluğu hər ailəni söndürür. Böyük bacımız anamızın şəkillərini gizlətmişdi ki, biz görməyək".

Qumral daha sonra ilk ərindən bəhs edib: "Birinci həyat yoldaşım gözəl insan olub. Amma gənclik səhvim idi".

Təranə əri Musa Musayevin içki düşgünü olmasından danışıb: "Ayrıldıqdan sonra Musa ilə ailə qurdum. Bir dəfə ailəm dağılmışdı deyə, istəmirdim ikinci dəfə də eyni hal yaşansın. 26 il qısqanc həyat yoldaşı ilə addımlamışam. Kim nə deyir desin, biz Musa ilə ayrılmarıq. Canımı qoymuşam ki, Musa içkini tərgitsin. Döymür, amma söyür. Adi əşyanı, yolu söyür. Ona içkini tərgitmək üçün saçımı süpürgə etdim. İçirdi, vururdu, dağıdırdı. Onu öyrətdilər, bir ara pis oldu. Sonra ayıldı".

Bütün xəbərlər Facebook səhifəmizdə